Back

By using this site, you accept the use of cookies by our services. Read moreClose

Azerbaidjan


Əsas göstəricilər

ticarət dövriyyəsinin 1968 m avro

dünyanın müxtəlif ölkələrində 128.000 hektar emal edilən sahə

54 istehsalat müəssisəsi

2 satış şəbəkəsi: pərakəndə ticarət və ictimai qidalanma müəssisələri

3.440 kənd təsərrüfatı istehsalçısı

500 növ tərəvəz

əməkdaş

4 texnologiya: konservləşdirilmiş tərəvəzlər, təzə tərəvəzlər, tez dondurulan tərəvəzlər, tərəvəzlərdən hazır yeməklər/

"Bonduelle" qrupu

tarixi

1853-cü ildə yaradılmış ailə müəssisəsidir ki,  o  bitkilərdən qidanın köməyi ilə   həyatın sevincini bəxş edən  dünya lideri olmaq məqsədini qarşıya qoymuşdur. İnnovasiyalara və uzunmüddətli planlaşdırmaya üstünlük verərək, Qrup öz ticarət dövriyyəsinin 77%-ni öz tarixi  vətəni olan Fransa hüdudlarında kənarda  sataraq,  öz müəssisələrinin texnologiyalarının və coğrafi yerləşməsini diversifikasiya edir. 128 000 hektar sahədə yetişdirilən tərəvəzlər müxtəlif ticarət markaları  altında və satışın müxtəlif şəbəkələrində müxtəlif texnologiyaların tətbiqiylə hazırlanan məhsul şəklində dünyanın 100 ölkəsində satılır: konservləşdirmiş, tez dondurulan, pasterizə edilmiş və qurudulmuş tərəvəzlər, həmçinin istifadəyə təzə, hazır tərəvəzlər. "Bonduelle" qrupu — bazarın etibarlı iştirakçısıdır ki, o  korporativ sosial məsuliyyət prinsiplərinə riayət etmə nəticəsində  nüfuz qazandı və bitki məhsullarına əsaslanan qidalanmadan fayda və həzz alan istehlakçıların maksimal miqdarını təmin etmək üçün səy göstərir.

Təbiətin bəxş etdiyi nemətlərə müraciət edərək,   "Bonduelle" Qrupu müəssisənin strategiyasına ekoloji səmərəlilik konsepsiyasını daxil edərək, uzunmüddətli planlaşdırmaya üstünlük  verir. 57 istehsal müəssisəsində və kənd təsərrüfatı obyektində tətbiq edilmiş unikal aqrosənaye texnologiyalarına malik olaraq Qrup öz məhsulunu bilavasitə müştəriyə   yaxın olan ən yaxşı kənd təsərrüfatı zonalarında  istehsal edir.

Dörd texnologiya

Bu gün Qrupun fəaliyyəti bizim istehlakçılarımızın   zövq və gözləntilərinə   tam həcmdə uyğun olmaq üçün dörd texnologiya istiqamətində cəmləşdirilmişdir:

 

konservləşdirmiş tərəvəzlər;

tez dondurulan tərəvəzlər;

təzə emal edilmiş tərəvəzlər;

hazır yeməklər   şəklində tərəvəzlər.

Beynəlxalq qrup

Beynəlxalq qrup

Qrup şəxsi ticarət markalarıyla və bizim disribyutorların markalarıyla birlikdə   bu gün istifadəyə hazır tərəvəzlərin satışı sahəsində beynəlxalq lider hesab edilir.

 

O üç geniş zonada strateji bazalara malikdir:

 

- 1960-cı illərdən başlayaraq qərbi Avropa, o zaman "Bonduelle" Qrupu Almaniyada, sonra isə Avropa ittifaqının başqa ölkələrində istehsalını inkişaf etdirməyə başladı.

- Şərqi Avropa, həmçinin   Rusiya və başqa MDB  ölkələrində   "Bonduelle" markası çox böyük məşhurluq   qazandı.

- Amerika qitəsi: 2007-ci ildən   Kanadada "Aliments Carrière"   və sonra 2012-ci ildə  ABŞ-da   tez dondurulan  tərəvəzlərinin istehsalında ixtisaslaşan  "Allens" müəssisəni  əldə etdikdən sonra. Və nəhayət, Braziliya: 1994-cü ildə bu ölkədə ticarət fəaliyyətinə başlaaraq "Bonduelle" Qrupu 2010-cu ildə Kristalina bələdiyyəsində zavodu inşa etdi.

Dünyanın müxtəlif ölkələrində dörd ticarət markası

"BONDUELLE" — beynəlxalq ticarət markası

Tərəvəzlər,  tərəvəzlərdən başqa heçnə, tərəvəzlər hər yerdə!

Gələcəkdə qidalanma məsələlərinin insanları getdikcə daha çox narahat edən dünyada   "Bonduelle" istehlakçıların  həzzi və sağlamlığı naminə tərəvəzlərdən istifadə mədəniyyətinin inkişafı üçün   müxtəlif texnologiyalar üzrə, dünyanın müxtəlif ölkələrində hazırlanmış  müxtəlif tərəvəzləri təklif edir. "Bonduelle" sağlam qidalanma mədəniyyətinin formalaşmasına yaradıcılıqla yanaşma istəyi yaradır ki, bunu   həm ailədə, həm də dostların dairəsində tətbiq etmək olar.

«Cassegrain»

Zamana meydan oxuyan ticarət markası.

"Bonduelle" Qrupu ən tələbkar istehlakçılara "Cassegrain" ticarət markası altında tərəvəzlər  çeşidini təklif edir ki,  onlar simvolik dovşan  təsviriylə məşhur düzbucaqlı bankaya qablaşdırılmışdır.

«Arctic Gardens»

"Arctic Gardens" — bu Kvebekdə tez dondurulan tərəvəzlərin ilk ticarət markasıdır və Kanadada tez dondurulan tərəvəz qarışıqlarının ilk ticarət markasıdır. "Arctic Gardens" — bizim sevdiyimiz tərəvəz   markasıdır,  

"Globus"

Rusiyada və MDB ölkələrində təqdim edilmiş  ticarət markası.

ƏNƏNƏLƏRLƏ SAXLANMIŞ KEYFİYYƏT

"Bonduelle" üçün məhsulun keyfiyyəti — mütləq prioritetdir. Bütün istehsal prosesi məhsulun qida dəyərinin və dad keyfiyyətlərinin saxlanılmasına yönəldilmişdir.

İstehsalat prosesinin müxtəlif mərhələlərində bizim məhsulumuzun keyfiyyətinin təmin edilməsi və istehsalın  tam   izlənilməsi üçün nəzarət həyata keçirilir:

- məhsul və toxum  istehsalçılarının seçimi;

- becərilmənin  inkişafına nəzarət;

- tərəvəzlərin yetişmə mərhələsi, onların xarakteristikaları;

- istehsalat prosesi;

- reseptlər;

- qablaşdırma.

ÖHDƏLİK

"Bonduelle"-nin bütün istehsalı elə təşkil edilmişdir ki, faydalı, dadlı və bütün lazımi qida maddələrinə malik olan məhsul istehsalı təmin edilsin. Bu prinsiplərə  riayət edərək, "Bonduelle" Qrupu istehlakçılara   bizim məhsulumuzun qüsursuz keyfiyyətinə zəmanət vermək üçün ciddi qaydalara əməl edir ki, onlar  istehsalın bütün mərhələlərində tətbiq edilir  və məhsulun istehsalına cəlb edilmiş bütün iştirakçılara aiddir (kənd təsərrüfatı istehsalçıları, istehsal müəssisələri, ticarət strukturları və s.).

TƏBİƏTƏ QAYĞI: ƏTRAF MÜHİTƏ QAYĞI İLƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALI

"Bonduelle" təbiəti sevir. "Bonduelle" Qrupunun məqsədi -  təbiətə yiyələnmək, ona zərər yetirməmək,  onun sərvətlərini oğurlamamaq və ya onu  təbiilikdən məhrum etməyə çalışmamaqdan ibarətdir.   


HƏRTƏRƏFLİ YANAŞMA

"Bonduelle" Qrupu tərəfindən yaradılmış kənd təsərrüfatı istehsalı — bu ekoloji, effektiv, sağlam və davamlı istehsaldır ki, burada ətraf mühitə   qayğı  və istehlakçıların sorğularına və   onların gözləntilərinə daha tam uyğunluq üçün kənd təsərrüfatı istehsalçılarınının iqtisadi məqsədləri arasında balansa riayət edilir.


KOLLEKTİV ÖHDƏLİK

 

Qrupun kənd təsərrüfatı istehsalına yanaşmalarını standartlaşdırmaq üçün və məhsulun ən yüksək keyfiyyətini təmin etmək üçün, təchizat  xartiyası hazırlanıb ki, "Bonduelle"-nin  aqronom  xidmətləri, kənd təsərrüfatı istehsalçıları, təchizatçılar və yük daşıyanlar onu bəyənib.   Onun təlimatlarına riayət olunma müxtəlif kənd təsərrüfatı mədəniyyətlərinin istehsalına  tam nəzarətə,  tələb edilən keyfiyyətə və hər məhsulun istehsalının izlənilməsinə zəmanət verir. Və bütün bunlar ona görədir ki, "Bonduelle" həmişə sizə - istehlakçılara ən yaxşı tərəvəzlər təklif etməyə çalışır.


QİDALANMA

"Bonduelle" qrupu öz məhsulunun keyfiyyətinə görə məsuliyyət daşıyır və sağlam qidalanma  xartiyasını hazırlayıb.

Bu xartiya ciddi qaydalar müəyyən edir və əmr verir. Həmçinin xartiya duz, şəkər və yağ  tərkibinə görə son qiymətləri müəyyən edir (doymuş yağlar, transyağlı turşu   və s.). Bundan başqa, xartiya   öz qarşısında məqsəd qoyur — məhsulların qida dəyəri haqqında məlumat istehlakçılar üçün əlçatan   olmalıdır.

Bunun üçün "Bonduelle" Qrupu GDA (məsləhət görülən birgünlük istehlak norması) sistemini tətbiq etdi. Etiketlənmənin   Bu sistemi istehlakçıya sadə və aydın informasiya sayəsində öz qidalanmasını tənzimləmək imkanını verir.

Qablaşdırmada kalorilərdə enerji dəyəri,   məhsulda   əsas qidalı maddələrin miqdarı və onların lazımi birgünlük normaya  təsiri göstərilmişdir.

Our Product Bonduelle  Website

www.bonduelle.az

Back
to top